BQXK əməkdaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüblər

BQXK əməkdaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüblər
# 30 yanvar 2017 14:03 (UTC +04:00)

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara baş çəkiblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, başçəkmə ötən həftə baş tutub.

BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailələrindən məlumatlar çatdırıb, onlardan da ailələri üçün məlumat alıblar.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR