“Mən 12 seçki məntəqəsində olmuşam. Proses olduqca yaxşı gedir, insanlar səs vermək üçün məntəqələrə gəlir”.
Bunu APA-ya prezident seçkilərində səsvermə prosesini izləyən Belçikanın Lyej Universiteti və Brüssel Universitetinin professoru Simon Pitermen bildirib.
O qeyd edib ki, seçkilərdə gənc seçicilər fəallıq nümayiş etdirirlər: “Gənc seçicilərin səsvermə prosesində aktivlik göstərməsi təəccübümə səbəb olub. Onların bəziləri ilə söhbət etdim. Gənclər çox həvəsli idilər”.