Səfir: "İkinci Şopinq Festivalın keçirilməsi, ilk festivalın öz hədəfinə çatdığını göstərir"

Səfir: "İkinci Şopinq Festivalın keçirilməsi, ilk festivalın öz hədəfinə çatdığını göstərir"
# 25 oktyabr 2017 11:56 (UTC +04:00)

"Azərbaycan son illər qeyri-neft sektorunun inkişaf etdirilməsi və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində uğurlu addımlar atmaqdadır".

"APA-Economics" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakı Şopinq Festivalın saytına müsahibəsində bildirib.


Ölkənin turizm potensialının inkişafına toxunan diplomat qeyd edib ki, Azərbaycana səfər edən xarici turistlərin sayının artması, atılan addımların uğurlu nəticəsinə sübutudur. Bu baxımdan, diplomatın fikrincə, Bakı Şopinq Festivalı ölkənin daha da tanınması üçün önəmli təsir vasitəsidir. Üstəlik, festival zamanı tətbiq olunan qiymət tənzimləmələri də satışın artımına vasitəçi olmaqda, ölkə iqtisadiyyatına töhfə verməkdədir.

"Qısa müddət ərzində artıq ikinci Şopinq Festivalının keçirilməsi ilk festivalın uğurunu, onun hədəfə çatdığını göstərir. Türkiyə Azərbaycanda turizmin inkişafına dəstək verməyə davam edəcək. Əminəm ki, bu istiqamətdə yaxın zamanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə dövlət başçılarımızın açılışını edəcəyi Bakı-Tiflis-Qars dəmir yolu xətti də bölgədə turizmin daha da inkişafına önəmli töhfə verəcək", - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR