140 min dollara görə qardaşını qətlə yetirən şəxs həbsxanada ölüb

140 min dollara görə qardaşını qətlə yetirən şəxs həbsxanada ölüb
# 10 aprel 2017 07:44 (UTC +04:00)

Azərbaycanda daha bir məhkum ölümü qeydə alınıb.

APA-nın məlumatına görə, Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alan Şahbaz Əmiraslan oğlu Vəliyev xəstəlikdən dünyasını dəyişib.

Ş. Vəliyev bir neçə il əvvəl 140 min dollara satılmış ata mülkünün pulunun bölünməsi üstündə qardaşı Nəbi Vəliyevi bıçaqla qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR