Bakıda növbəti “Caspian Oil and Gas” sərgi və konfransı keçiriləcək

Bakıda növbəti “Caspian Oil and Gas” sərgi və konfransı keçiriləcək
# 29 mart 2018 11:12 (UTC +04:00)

Bu il Xəzər regionunda enerji sektorunun ən böyük tədbiri olan Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgi və konfransı öz 25 illik yubileyini qeyd edir.

“İteca Caspian” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, sərgi mayın 29-dan iyunun 1-dək Bakı Ekspo Mərkəzində keçiriləcək.

Azərbaycanda ilk ixtisaslaşdırılmış tədbir olan “Xəzər Neft və Qaz sərgi və konfransı” 25 il ərzində uğurla keçirilməsi sayəsində regionun əsas sənaye forumu statusunu qazanıb. Hər il qeyd olunan konfransda “Caspian Oil and Gas” əsas neft-qaz layihələri müzakirə olunur, həmçinin neft və qaz hasilatı, emalı, nəqliyyat, logistika və xidmət sahələrində qabaqcıl texnologiyalarını nümayiş etdirmək üçün rəhbər şəxslər və mütəxəssislər iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR