Hava pisləşəcək - XƏBƏRDARLIQ

Hava pisləşəcək - <span style="color: red;">XƏBƏRDARLIQ
# 04 dekabr 2017 09:36 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şərəsitinin pisləşəcəyi barədə xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Departamentindən APA-ya bildirilib ki, dekabrın 6-sı axşam şimal və qərb rayonlarından başlayaraq dekabrın 8-i gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu dekabrın 07-də 4-6 dərəcə aşağı enəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR