Yevlax sakinini güllələyən şəxs tutulub

Yevlax sakinini güllələyən şəxs tutulub
# 05 mart 2019 12:13 (UTC +04:00)

Pnevmatik tapança ilə xəsarət yetirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan ONA-ya verilən məlumata görə, fevralın 25-də gecə saat 2 radələrində Yevlax rayonu ərazisindən Rəşid Həsənovun güllə yarası xəsarəti ilə Mərkəzi Xəstəxanaya gətirilməsi barəsində Rayon Polis Şöbəsinə məlumat verilib.

Məlumatla əlaqədar Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsə pnevmatik tapança ilə xəsarət yetirməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Tural Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

T. Məmmədov dindirilmə zamanı aralarında baş vermiş münaqişə zəminində R. Həsənovun sol ayağına atəş açaraq xəsarət yetirdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR