Xaçmazda 9-cu sinif şagirdini maşın vurub

Xaçmazda 9-cu sinif şagirdini maşın vurub
# 25 yanvar 2017 08:20 (UTC +04:00)

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun Xaçmazın Qaradağlı kəndindən keçən hissəsində 90 XX 011 dövlət nömrə nişanlı “Lada Priora” markalı avtomobil yolu keçmək istəyən 9-cu sinif şagirdi Səfərov Cəlal Araz oğlunu vurub. Xəsarət alan məktəbli Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR