Xocavənddə tank əleyhinə mina tapılıb

Xocavənddə tank əleyhinə mina tapılıb
# 21 noyabr 2016 12:44 (UTC +04:00)

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən Xocavənd rayonu Qarasu ərazisində əkin sahəsində 2 ədəd tank əleyhinə mina (TM-57) aşkarlanıb.

Bu barədə APA-ya ANAMA-dan bildirilib. Məlumata görə, Qarasu ərazisində 200 kv.m. ərazi yoxlanılıb. Tapılan sursatlar hava şəraitinə görə noyabrın 22-də yerində zərərsizləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR