Qurban Qurbanov: “Çelsi”yə qarşı layiqli oyun göstərməyə çalışacağıq”

Qurban Qurbanov: “Çelsi”yə qarşı layiqli oyun göstərməyə çalışacağıq”
# 21 noyabr 2017 14:17 (UTC +04:00)

“Ağır oyuna çıxacağıq. Həm rəqib, həm də bizim üçün vacib matçdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.


Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində 5-ci oyununu sabah “Çelsi”yə qarşı keçirəcək.

Matçdan əvvəl mətbuat konfransı keçirən Qurbanov Bakı Olimpiya Stadionunda baş tutacaq görüşdə azarkeşləri sevindirmək istədiklərini bildirib: “Bu il Bakıdakı sonuncu matça çıxacağıq. Rəqibin gücünü bilirik. Az səhv etməyə və düzgün mübarizə aparmağa çalışacağıq. Təzyiq həmişə olur. Bu turnir bir nömrədir. Çempionlar Liqasında oynayan futbolçu da, mən də təzyiq altında qalırıq. Azarkeşlər bizdən yaxşı nəticə gözləyirlər. Bu da normaldır. Amma qarşımızdakı rəqibi düzgün qiymətləndirməliyik. “Çelsi” dünyanın ən güclü klublarından biridir. Məşqçiləri də ən güclülərdəndi. Onlarla oyun rahat keçmir. Hər bir rəqibə çox ciddi yanaşırlar. Biz bunu başa düşürük. Mən dəfələrlə demişəm ki, biz çox təcrübə toplamalıyıq. Futbolçular da bunu anlayırlar. Sabah “Çelsi”yə qarşı layiqli oyun göstərməyə çalışacağıq. Onların nöqsanını görə bilməzsən. Hər davranışı düşünülmüşdü. Futbolçularımız rəqibi anbaan izləməlidilər. Bu onlar üçün ağır olacaq. Amma oyunçularıma güvənirəm. Rəqib fərqli sistemlərdə oynayır. İstərdim ki, sabah məğlub olsaq belə, azarkeşlər stadiondan razı getsinlər. İlk dəfədir ki, azarkeşlərimiz də böyük komandalar, böyük oyunlar görürlər”.

“Çelsi” ilə ilk oyunda gərginlik yaşayan futbolçulardan biri İbrahim Şehiç oldu. Bu, onun və ya digərləri üçün sabahkı matçda problem yarada bilərmi” sualına isə Qurbanov belə cavab verib: “Futbol elə bir səviyyəyə gəlib çıxıb ki, o cür hesablar çox komandaların oyununda ola bilər. “Çelsi” özü ilə eyni səviyyədə olan rəqiblərə də o qədər qol vurub. Görürəm ki, Şehiç haqda sual çox verilir. Amma biz bu barədə düşünmürük. Hər biri təcrübəli futbolçudur. Onda gərək bir məşqçi kimi məni də dəyişsinlər, köməkçim komandanı oyuna çıxarsın. Elə deyil. Biz oyundan-oyuna, gündən-günə, ildən-ilə daha yaxşı komanda olmağa çalışırıq. Allahın izni ilə bunu bacarırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR