"SOCAR Polymer" polipropilen qurğusunu gələn ilin mayında işə salacaq

"SOCAR Polymer" polipropilen qurğusunu gələn ilin mayında işə salacaq
# 29 noyabr 2017 07:11 (UTC +04:00)

2018-ci ilin may ayında Sumqayıtda inşa olunan "SOCAR Polymer" zavodundakı polipropilen qurğusunun işə salınması planlaşdırılır.


"APA-Economics" xəbər verir ki, bunu "SOCAR GPC" şirkətinin baş direktorunun müavini Fuad Əhmədov Bakıda keçirilən Xəzər və Orta Asiya Neft Emalı və Neft Kimya (Downstream Caspian and Central Asia) konfransında bildirib.

Onun sözlərinə görə, polipropilen qurğusunda işlərin 95%-i başa çatdırılıb: "Qurğunun işə salınması ilə bağlı artıq sınaq işləri həyata keçirilir. Qurğuda bütün mühəndislik işləri yekunlaşıb".

Baş direktorun müavini əlavə edib ki, zavodda istehsal edilən məhsulların 25%-i daxili bazara, digər hissəsi isə ixraca yönələcək: "Əsas bazar kimi Türkiyə nəzərdə tutulub".

O qeyd edib ki, gələn ilin oktyabr ayında isə zavoddakı polietilen qurğusu işə salınacaq: "Yüksək sıxlıqlı polietilen qurğusunun quraşdırılması üzrə işlərin 81%-i artıq yerinə yetirilib. Bütün işlər qrafik üzrə həyata keçirilib və büdcə daxilində aparılır ki, bu da olduqca yaxşı göstəricidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR