DÇ-2018-in seçmə mərhələsinin növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

DÇ-2018-in seçmə mərhələsinin növbəti oyunları keçirilib - <span style="color: red;">NƏTİCƏLƏR
# 24 mart 2017 22:58 (UTC +04:00)

Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında V turun oyunlarına start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə D, G və İ qruplarındakı matçlar baş tutub.

İrlandiya və Uels milliləri qolsuz bərabərliyə razılaşıblar. Serbiya isə öz Gürcüstanı səfərdə məğlub edib - 3:1. Avstriya autsayder Moldova qarşısında qələbə qazanaraq xal ehtiyatını artırıb.

G qrupunda isə lider İspaniya 3-cü pillədəki İsrailə darmadağınla qalib gəlib - 4:1. İtaliya Albaniyanı məğlub l edib. Lixteynşteyn – Makedoniya görüşü isə ikincilərin qələbəsi ilə başa çatıb - 0:3.

İ qrupunda ilk iki pillənin sahibi qarşılaşıb. Xorvatiya Ukraynanı tək qolla xalsız qoyub. Finlandiyanı sınağa çəkən Türkiyə millisi doğma meydanda 2 qola sevinib.

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası, V tur

24 mart

D qrupu

Gürcüstan – Serbiya - 1:3

Qollar: Katçarava, 6 - Tadiç, 45 (pen.), Mitroviç, 64, Qaçinoviç, 89

İrlandiya – Uels - 0:0

Avstriya – Moldova - 2:0

Qollar: Sabitzer, 75, Harnik, 90

G qrupu

Lixtenşteyn - Makedoniya - 0:3

Qollar: Nikolov, 43, Nestorovski, 68, 73

İtaliya - Albaniya - 2:0

Qol: De Rossi, 12 (pen.), İmmobile, 71

İspaniya - İsrail - 4:1

Qollar: David Silva, 13, Vitolo, 45+1, Dieqo Kosta, 51, İsko, 88 - Rafaelov, 76

I qrupu

Türkiyə - Finlandiya - 2:0

Qollar: Cenk, 9, 13

Kosovo – İslandiya - 1:2

Qollar: Nuhiu, 53 - Siqurdarson, 25, Siqurdsson, 35 (pen.)

Xorvatiya - Ukrayna - 1:0

Qol: Kaliniç, 38

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR