MTRŞ: “Space”nin aparıcısı Əkbər Əlizadənin etdiyi hərəkət normal haldır

MTRŞ: “Space”nin aparıcısı Əkbər Əlizadənin etdiyi hərəkət normal haldır
# 16 iyul 2015 13:47 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Şou xarakterli verilişlərdə müəyyən kənara çıxmalar ola bilər. Qonşu Türkiyədə və digər dövlətlərdə yayımlanan şou xarakterli verilişlərdə belə hallar baş verir. “Space” telekanalının “Hər səhər” verilişinin aparıcısı Əkbər Əlizadənin efirdə etdiyi hərəkət normal haldır”.

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov deyib.

O, bildirib ki, “Space” telekanalının “Hər səhər” verilişində hər hansı bir qanun pozuntusu müşahidə olunmayıb: “Verilişdə “Televiziya və radio yayımı haqqında” qanunun 32-ci maddəsi, yəni proqrama verilən tələblər pozulmayıb”.

Qeyd edək ki, “Space” telekanalının “Hər səhər” verilişinin aparıcısı, əməkdar artist Əkbər Əlizadə efirdə salto vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR