"AccessBank"ın İdarə Heyətinə yeni sədr təyin olunub

"AccessBank"ın İdarə Heyətinə yeni sədr təyin olunub
# 14 aprel 2017 15:42 (UTC +04:00)

"AccessBank"ın İdarə Heyətinin sədri Mihael Hoffmann (Michael Hoffmann) 5 illik səlahiyyət müddətinin bitməsi ilə əlaqədar səhmdarların ümumi yığıncağının qərarı ilə bu vəzifəyə Rolf Rayhardt (Rolf Reichardt) təyin olunub.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, R. Rayhardt 2014-cü ildən bankda maliyyə üzrə icraçı direktor vəzifəsində çalışıb.

"Bankın güclü komandası ilə çalışacağımdan və əvvəlki sədrin uğurlu fəaliyyətini davam etdirməkdən çox məmnunam. Azərbaycanın aparıcı banklarından biri olaraq biz hər zaman olduğu kimi müştərilərimizə müasir və etibarlı maliyyə xidmətləri təqdim edəcəyik", - deyə yeni sədr bildirib.


"AccessBank"da iş fəaliyyətindən öncə R. Rayhardt 20 ildən artıq Almaniyanın bir sıra iri banklarında risklərin idarə edilməsi üzrə müxtəlif vəzifələrdə çalışıb. O, Höte Universitetində fəlsəfə doktoru dərəcəsini alıb və Yeni Zelandiyanın Oklend, Almaniyanın Kil və ABŞ-ın Yuta universitetlərində iqtisadi təhsil alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR