"Ziraat Bank Azərbaycan" ilin yarısını 1,7 mln. manat mənfəətlə başa vurub

"Ziraat Bank Azərbaycan" ilin yarısını 1,7 mln. manat mənfəətlə başa vurub
# 18 iyul 2017 07:44 (UTC +04:00)

"Ziraat Bank" ASC-nin aktivlərinin həcmi 2017-ci ilin II rübündə 154,392 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 36,6% çoxdur.

"APA-Economics" bankın açıqladığı hesabata istinadən xəbər verir ki, hesabat dövründə kredit portfeli 2,3 dəfə artaraq 65,774 mln. manat olub.

"Ziraat Bank"ın depozit portfeli hesabat dövrü ərzində 75,77% artaraq 47,262 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 32,645 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 2,2 dəfə çoxdur.

Bankın öhdəlikləri hesabat dövründə 65,52% artaraq 91,779 mln. manat təşkil edib.

Bir il ərzində bankın nizamnamə kapitalı dəyişməyərək 50 mln. manat olaraq qalıb. Bununla yanaşı, bankın məcmu kapitalı 7,42% artaraq 61 mln. 457,9 min manata çatıb.

Bank ilin ilk yarısını 1 mln. 743,73 min manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR