Gəncədə taksi sürücüsü döyülüb

Gəncədə taksi sürücüsü döyülüb
# 23 aprel 2017 23:23 (UTC +04:00)

Gəncədə döyülmə faktı qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan şəhər sakini, 1975-ci il təvəllüdlü İlham Hüseynov 1985-ci il təvəllüdlü Ramiz Əliyevlə dalaşıb.

Hadisə nəticəsində hər iki şəxs müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Taksi sürücüsünün vəziyyəti orta ağır, digər şəxsin isə normal qiymətləndirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR