Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar-iyul ayları üçün neft və neft məhsullarının ixracı haqqında məlumatları açıqlayıb.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin yanvar-iyul aylarında gömrük bəyannamələri əsasında 5 863 948,04 min ABŞ dolları dəyərində 13 mln. 637 min 682,39 ton xam neft ixrac olunub.
Belə ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,10% azdır. Məbləğ dəyərində isə bu rəqəm 48,30% azdır.
Bu ilin yeddi ayında 477 mln. 353,89 min dollar dəyərində 1 mln. 329 min 150,47 ton həcmində neft məhsulları istehsal edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 35,20% çoxdur. Məbləğ dəyərində isə bu rəqəm 31,80% azdır.