Bakı-APA. Tailand kralı Bhumibol Adulyadej 88 yaşında vəfat edib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, kral ağciyər infeksiyası və böyrək çatışmazlığından ölüb.
Kralın ölümünün ardından yerinə tək varisi olan oğlu 64 yaşındakı Maha Vajiralongkornun keçməsi gözlənilir.