Tovuzda 2 avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

Tovuzda 2 avtomobil toqquşub, dörd nəfər xəsarət alıb
# 21 iyul 2017 14:08 (UTC +04:00)

Tovuz rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Tovuz şəhərində qeydə alınıb. “VAZ” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində Tovuz rayonun Aşağı Öysüzlü kənd sakinləri, 1993-cü il təvəllüdlü Sərxan Qasımov, 1975-ci il təvəllüdlü Etibar Mehdiyev, Gəncə şəhər sakini, 1982-ci il təvəllüdlü Elyar Tağıyev və Göygöl şəhər sakini, 1996-ci il təvəllüdlü Ruslan Cəlilov müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR