Şamaxıda avtomobil məhəccərə çırpılıb, 26 yaşlı oğlan ölüb - VİDEO

Şamaxıda avtomobil məhəccərə çırpılıb, 26 yaşlı oğlan ölüb - <span style="color: red;">VİDEO
# 20 iyul 2015 09:36 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, Şamaxı şəhəri ərazisində qeydə alınıb. Məlumata görə 99-BC-059 dövlət nömrə nişanlı “VAZ 21014” markalı minik avtomobili hərəkətdə olarkən qarşısına it çıxıb. Avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı dəmir məhəccərə çırpılıb. Zərbənin təsirindən avtomobilin arxa qapısı açılıb və sərnişin, Oğuz rayon sakini 1989-cu il təvəllüdlü Sadəddinov Şahmar Nizami oğlu yolun ortasına düşərək hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR