Sabah Azərbaycan ərazisində yağışlı hava şəraiti proqnozlaşdırılır

Sabah Azərbaycan ərazisində yağışlı hava şəraiti proqnozlaşdırılır
# 16 avqust 2015 11:38 (UTC +04:00)

Bakı-APA. Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumatına görə, havanın temperaturunun gecə 23-26, gündüz 32-36 dərəcə olacağı ehtimalı var.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27 dərəcə, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28 dərəcə, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə olacaq.

Azərbaycanın bölgələrində isə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR