Şirvanda oğrular ev sahibinə ağır xəsarət yetiriblər - VİDEO

Şirvanda oğrular ev sahibinə ağır xəsarət yetiriblər - <span style="color: red;">VİDEO
# 08 sentyabr 2015 09:17 (UTC +04:00)

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saat 4.00 radələrində şəhərin Rəsulzadə küçəsi, 17, mənzil 105 ünvanında qeydə alınıb. Şirvan sakinləri Ülvi Quliyev və Süleyman Əhmədov 1960-cı il təvəllüdlü şəhər sakini Həsənov Elşən Məmməd oğlunun evinə daxil olaraq ona ağır bədən xəsarətləri yetiriblər.

Hadisə şahidi olan qonşular dərhal bu barədə polisə məlumat veriblər. Ü. Quliyev və S. Əhmədov hadisə yerində saxlanılıb. Məlumata görə, polis hadisə yerinə tez gəldiyi üçün onların E. Həsənovu öldürmək niyyətləri baş tutmayıb. E.Həsənov ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

E. Həsənovun qızıl alveri ilə məşğul olduğu, oğruların evdən qızıl-zinət əşyaları oğurlamaq niyyətində olduqları açıqlanıb.

Hər iki şəxs istintaq cəlb edilib.

Faktla bağlı Şirvan Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR