ANAMA lift qəzasının səbəbini açıqlayıb - YENİLƏNİB

ANAMA lift qəzasının səbəbini açıqlayıb - <span style="color: red;">YENİLƏNİB
# 02 noyabr 2016 10:17 (UTC +04:00)

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) yerləşdiyi binada liftin trosunun qırılması barədə yayılan məlumatlara aydınlıq gətirib.

ANAMA-dan APA-ya bildirilib ki, hadisə dünən axşam saat 18.00 radələrində - işçilər evə gedərkən baş verib. Bu gün mütəxəssislərin iştirakı ilə hadisə yerinə baxış keçirilib.

“Müəyyən edilib ki, liftin trosu qırılmayıb. Sadəcə lift normadan çox yükləndiyindən avtomatik əyləc sistemi işə düşüb və lift sərt şəkildə dayana-dayana aşağı enib. Nəticədə əməkdaşlar yüngül xəsarət alıblar”, - deyə ANAMA-dan bildirilib.

***

saat 12.57

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) inzibati binasında liftin trosu qırılıb.

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün axşam saat 21.30 radələrində qeydə alınıb.

Yeddi mərtəbəli binanın 3-cü mərtəbəsində tros qırıldığından lift şaxtaya düşüb. Nəticədə liftə olan şəxslər – 1965-ci il təvəllüdlü Aydın Məmmədov, 1979-cu il təvəllüdlü Faiq Heydərov, 1977-ci il təvəllüdlü Samir Poladov, 1955-ci il təvəllüdlü Musa Cəlalov, 1976-cı il təvəllüdlü Ceyhun Quliyev, 1980-cı il təvəllüdlü Emil Raviloğlu, 1983-cü il təvəllüdlü Samirə Xəlilova və 1981-ci il təvəllüdlü Günel Qasımova xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Onların xəsarəti yüngül olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR