İstanbulun Atatürk aeroportu qarşısında atışma olub

İstanbulun Atatürk aeroportu qarşısında atışma olub
# 06 noyabr 2016 02:40 (UTC +04:00)

İstanbulun Atatürk aeroportu binasının yanında atışma baş verib. Aeroporta aparan yollar müəyyən müddətə bağlanıb.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, motosikletlə hərəkətdə olan iki şəxs polisin dayanmaq əmrinə tabe olmayıb. Asayiş keşikçilərinin açdığı atəş nəticəsində bir nəfərin yaralandığı bildirilir. Hər iki şəxs saxlanılıb, onların üzərində silah və ya partladıcı qurğu aşkarlanmayıb.

Hazırda aeroporta aparan yollar açılıb, binaya giriş-çıxış bərpa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR