Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin Ağdaşda vətəndaş qəbulunun tarixi dəyişdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin Ağdaşda vətəndaş qəbulunun tarixi dəyişdirilib
# 23 noyabr 2016 12:56 (UTC +04:00)

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənovun Ağdaş rayonunda keçiriləcək növbəti vətəndaş qəbulunun vaxtı dəyişdirilərək 26 noyabr 2016-cı il tarixinə keçirilib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, qəbulda yalnız Ağdaş, Yevlax rayonları və Mingəçevir şəhərindən olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da Ağdaş rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR