Zakir Həsənov Rusiyaya gedib

Zakir Həsənov Rusiyaya gedib
# 29 noyabr 2016 10:15 (UTC +04:00)

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının noyabrın 30-da keçiriləcək növbəti iclasında iştirak etmək üçün Rusiyaya yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində müdafiə nazirinin rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu ilə görüşü də planlaşdırılıb.

Görüşdə ölkələr arasında hərbi əməkdaşlığın müxtəlif aspektləri, regional təhlükəsizlik məsələləri müzakirə olunacaq. Həmçinin Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planının imzalanması nəzərdə tutulub.

Bundan əlavə, Z.Həsənovun bir sıra ölkələrin müdafiə nazirləri ilə görüşləri də gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR