İslamiada: Bakıya gələcək futbol yığmaları müəyyənləşib

İslamiada: Bakıya gələcək futbol yığmaları müəyyənləşib
# 09 mart 2017 09:05 (UTC +04:00)

Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarına qatılacaq ölkələrin adları dəqiqləşib. Apasport.az saytının məlumatına görə, mayın 12-22-də təşkil olunacaq yarışda 3 qitə təmsilçisi mübarizə aparacaq.

Avropanı Azərbaycan və Türkiyə təmsil edəcəyi halda, Afrikadan Mərakeş, Kamerun və Sudan, Asiyadan isə Səudiyyə Ərəbistanı, Oman və Fələstin ölkəmizə təşrif buyuracaq.

Komandalar 2 qrupda mübarizə aparacaqlar.

Qeyd edək ki, futbol yarışları mayın 8-də başlayacaq və qalibin adına həmin ayın 21-də aydınlıq gələcək. İslamiadada 23 yaşadək oyunçular mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR