Şirvanda 3 avtomobil toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şirvanda 3 avtomobil toqquşub, ölən və xəsarət alanlar var - <span style="color: red;">YENİLƏNİB
# 22 oktyabr 2016 13:28 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Şirvan şəhərində zəncirvarı avtomobil qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, şəhərin Heydər Əliyev prospektində “Hamann” markalı avtomobil iki "VAZ 2106" markalı maşınla toqquşub.

Nəticədə “Hamann”ın sürücüsü, Şirvan şəhər sakini 1992-ci il təvəllüdlü Mehrabov Vüqar Bəxtiyar oğlu hadisə yerində ölüb.

Hadisə nəticəsində 4 nəfər- Şirvan sakinləri, 1964-cü il təvəllüdlü Mustafayev Elbəy Oruc oğlu, 1980-ci il təvəllüdlü Mustafayev Elşən Elbəy oğlu, 1970-ci il təvəllüdlü Davudov Zaur Gülağa oğlu və 1997-ci il təvəllüdlü Mehrabov Elmir Tərlan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şirvan Şəhər Polis İdrasində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR