Lənkəranda “Lənkəran Payızı-IV” folklor festivalı və sənətkarlıq sərgisi keçirilib

Lənkəranda “Lənkəran Payızı-IV” folklor festivalı və sənətkarlıq sərgisi keçirilib
# 30 noyabr 2016 13:40 (UTC +04:00)

Bu gün Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində Lənkəran Bələdiyyəsinin təşkilatı dəstəyi ilə “Lənkəran Payızı-IV” folklor festivalı və sənətkarlıq sərgisi keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə açıb. Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vüsal Nəsirli isə çıxışında tədbirin bölgə üçün əhəmiyyətindən danışaraq, onun xalq sənətinin yaşadılmasında, habelə qeyri-maddi mədəni irsin qorunaraq gələcək nəsillərə çatdırılmasında böyük rol oynayacağını qeyd edib.

Tədbir iştirakçıları Mərkəzin foyesində təşkil olunmuş xalq sənətkarlıq sərgisinə baxış keçiriblər. Sərgidə yerli sənətkarların dulusçuluq, dülgərlik, dəmirçilik, dekorativ tətbiqi xalq sənəti, oyma, döymə, toxuma, biçmə, daş yonma və s. üzrə əl işləri təqdim olunub. Mərkəzin tamaşa zalında folklor və yaradıcılıq klubları üzvləri xalq mahnıları və rəqslər təqdim ediblər.

Festivalda məşhur “Nənələr” folklor qrupu da çıxış edib.


Sərgi və folklor festivalının laureatları tədbirin təşkilat komitəsinin fəxri fərman, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR