Macarıstanın baş naziri: “Şərqi və Mərkəzi Avropa miqrantlardan azad zonadır”

Macarıstanın baş naziri: “Şərqi və Mərkəzi Avropa miqrantlardan azad zonadır”
# 23 oktyabr 2017 21:45 (UTC +04:00)

Şərqi və Mərkəzi Avropa ölkələri qeyri-qanuni miqrasiyanın qarşısında dura bildilər. Bu, Avropa qitəsində miqrantlardan azad yeganə ərazidir.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Macarıstanın baş naziri Viktor Orban bəyan edib.

“Bu plan Avropanın qarışıq qitəyə çevrilməsi məqsədi ilə düşünülmüşdü. Lakin biz buna müqavimət göstərə bildik. Şərqi və Mərkəzi Avropa miqrantlardan azad zonadır. Polyaklar, çexlər, slovaklar, rumınlar və macarlar bu prosesdə birləşməlidirlər. Biz təhlükəsiz, ədalətli, azad və xristian Avropanın tərəfdarıyıq”, deyə V.Orban qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR