Bakı sakininin barmağında dəmir halqa qalıb

Bakı sakininin barmağında dəmir halqa qalıb
# 08 avqust 2017 02:24 (UTC +04:00)

Bu gecə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Pirallahı rayonunda 1 nəfərin barmağında dəmir halqanın sıxılaraq qalması barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq dəmir halqanı kəsib və vətəndaşın barmağından çıxarıblar. Əməliyyat saat 03:32-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR