Azərbaycan prezidenti laoslu həmkarını təbrik edib

Azərbaycan prezidenti laoslu həmkarını təbrik edib
# 01 dekabr 2016 15:39 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının prezidenti Bounyanq Volaçiti ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, ölkənizin milli bayramı – Respublika günü münasibətilə sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu əlamətdar gündə sizə ən xoş arzularımı yetirir, dost Laos xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR