Azərbaycanda zədələnmiş avtomobilin təmirə icazə məhdudiyyəti aradan qaldırılır

Azərbaycanda zədələnmiş avtomobilin təmirə icazə məhdudiyyəti aradan qaldırılır
# 06 noyabr 2017 11:12 (UTC +04:00)

Azərbaycanda nəqliyyat vasitələrinin saxlanılması qaydasının pozulması ilə bağlı maddəyə dəyişiklik edilir, nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirakı ilə bağlı və banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının təmirə aparma ilə bağlı icazə məhdudiyyətinə görə sanksiya ləğv edilir.

APA-nın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 342.1.2 maddəsi (nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə) ləğv edilir, 345-ci maddədə banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə 250 manat cərimə cəzası qaldırılır.

Layihə Milli Məclisin noyabrın 14-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR