Səfir: "Azərbaycana investisiya qoyan heç bir tük iş adamı peşman olmayıb"

Səfir: "Azərbaycana investisiya qoyan heç bir tük iş adamı peşman olmayıb"
# 01 dekabr 2016 09:25 (UTC +04:00)

"Azərbaycan Cənubi Qafqazın parlayan ulduzudur. Hal-hazırda aparılan iqtisadi islahatlar Azərbaycanın qarşıdakı illərdə daha çox inkişaf etməsinə səbəb olacaq". "APA-Economics" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakıda keçirilən Azərbaycan-Türkiyə İKT üzrə işgüzar görüşündə çıxışı zamanı bildirib.


"Azərbaycana investisiya yatırmaq istəyən türk sahibkarlara səslənib deyirəm ki, bu məsələ ilə bağlı tərəddüd etməyin. Vaxt itirmədən Azərbaycana investisiya yatırın. Ən azı ilk addımlarınızı mütləq atın. Cənubi Qafqazın parlayan ulduzuna fayda vermək Türkiyə Cümhuriyyətinin hər bir vətəndaşının qardaşlıq borcudur. Azərbaycanda rəqabətli mühit mövcuddur və gələcəkdə bu mühit daha da güclənəcək. Azərbaycanda aparılan iqtisadi islahatlar qardaş ölkəyə xarici sərmayələrin axınına səbəb olacaq. Azərbaycana investisiya qoyan və bundan peşman olan heç bir türk iş adamını tanımıram. Azərbaycan hər zaman yaxşılığa qarşılıq verən bir ölkədir. ", - deyə səfir bildirib.

Diplomat qeyd edib ki, Azərbaycanın aqrar sektoru böyük potensiala malikdir və xarici investorlar bu potensialdan maksimum yararlanmalıdır: "Bu sahəyə ediləcək investisiyalara dövlət səviyyəsində ciddi dəstək verilir".

E. Özoral əlavə edib ki, Azərbaycan İKT sahəsində dünyada söz sahibi olmağı qarşısına məqsəd qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR