Bolqarıstanda keçirilən prezident seçkiləri başa çatıb

Bolqarıstanda keçirilən prezident seçkiləri başa çatıb
# 06 noyabr 2016 23:01 (UTC +04:00)

Bolqarıstanda keçirilən növbəti prezident seçkiləri başa çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ekzit-polların nəticələri ölkədə ikinci tur prezident seçkilərinin keçiriləcəyini göstərir.

İkinci tura Bolqarıstanın hakim QERB partiyasının namizədi Tsetska Tsaçeva və sosialistlərin nümayəndəsi Rumen Radev adlayıb. İlkin hesablamalara əsasən, T.Tsaçevaya seçicilərin 23,5%-i, R.Radevə isə - 24,8%-i səs verib.

Qeyd edək ki, Bolqarıstanın baş naziri Boyko Borisov hakim partiya nümayəndəsinin seçkilərin ilk turunda qələbə qazanmadığı təqdirdə istefaya gedəcəyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR