Rumıniya səfiri BANM-də olub

Rumıniya səfiri BANM-də olub
# 10 noyabr 2016 07:50 (UTC +04:00)

Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku ilə görüşüb.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, rektor Elmar Qasımov Ali Məktəbin yaranma tarixi və fəaliyyət istiqamətlərindən danışıb. Ali Məktəbdə qısa müddətdə görülən işlər və islahatlar barədə məlumat verən Elmar Qasımov tədris prosesi, tələbələr üçün yaradılan şərait və beynəlxalq əlaqələrdən bəhs edib. BANM-in dünyanın müxtəlif aparıcı ali təhsil ocaqları, həmçinin beynəlxalq şirkət və qurumları ilə geniş əlaqələrindən danışıb. Elmar Qasımov səfirə BANM-in tələbələri üçün təqdimat və ya məruzə ilə çıxış etməsini təklif edib.

Dan İanku Rumıniyanın müvafiq universitetləri ilə Ali Məktəb arasında əlaqələrin inkişafından söz açıb.


Görüşdə universitetlərarası əlaqələr, tələbə mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR