İranda bir ailənin 5 üzvü dəm qazından ölüb

İranda bir ailənin 5 üzvü dəm qazından ölüb
# 18 noyabr 2016 19:03 (UTC +04:00)

İranın Bürucerd şəhərində bir ailənin 5 üzvü dəm qazından ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisədə ata, ana və 3 övladı həyatını itirib.

Ailənin ölümünə səbəb vanna otağında sızan qaz olub.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, Bürucerd İranın Lorestan əyalətində yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR