Bakıda “Azərbaycan milli sirk sənəti-70” elmi-praktiki konfrans keçirilib

Bakıda “Azərbaycan milli sirk sənəti-70” elmi-praktiki konfrans keçirilib
# 24 noyabr 2016 09:36 (UTC +04:00)

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan milli sirk sənəti - 70” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.



APA-nın məlumatına görə, tədbirdə çıxış edən Memarlıq və İncəsənət İnstitutunun direktoru Ertəgin Salamzadə konfransın əhəmiyyətindən danışıb, Azərbaycan milli sirkinin keçdiyi yol haqqında məlumat verib.


Tədbirdə iştirak edən Bakı Dövlət Sirkinin direktoru Vaqif Bağırzadə rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələrinin son illərdə daha da genişləndiyini diqqətə çatdırıb.


Konfransda Azərbaycan sirk sənətinin tarixi, təşəkkül mərhələləri, müasir problemləri, inkişaf perspektivləri müzakirə olunub. “Azərbaycan peşəkar sirk sənətinin inkişaf yolları”, “Bakı Dövlət Sirkinin milli sirk sənətinin inkişafında rolu”, “Azərbaycan sirk pəhləvanları”, “Milli sirk sənətində musiqi" və "Azərbaycan sirkində klounada” mövzusunda məruzələr dinlənilib.


Konfransda “Bu, Azərbaycan sirkidir” sənədli filmi də təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR