Kosmonavtlar üçün yük aparan “Proqress” gəmisi atmosferdə yanıb

Kosmonavtlar üçün yük aparan “Proqress” gəmisi atmosferdə yanıb
# 01 dekabr 2016 23:47 (UTC +04:00)

Orbitdəki Beynəlxalq Kosmik Stansiyasına göndərilən “Proqress-MS-04” kosmik yük gəmisi Rusiyanın Tuva bölgəsinin yaşayış olmayan dağlıq ərazisi üzərində 190 km hündürlükdə qəzaya uğrayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Roskosmos”un məlumatında bildirilir. Məlumata görə, gəminin fraqmentlərinin əksəriyyəti atmosferdə yanıb.

Kosmik yük gəmisi Beynəlxalq Kosmik Stansiyasına (BKS) 2,5 tondan çox yük aparırmış.

Yanacaq, su və sıxılmış qazlardan başqa gəminin göyərtəsində orbitdə ilk dəfə şirin bibər yetişdirilməsi üçün nəzərdə tutulmuş “Lada-2” istixanası, avtomatik termonizamlayıcı sistemi ilə təchiz edilmiş yeni “Orlan-BKS” skafandrı, habelə BKS-50 missiyasının heyət üzvləri üçün Yeni il bayramı ilə əlaqədar müxtəlif meyvələr olub.

Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR