Merkel doqquzuncu dəfə partiya sədri seçilib

Merkel doqquzuncu dəfə partiya sədri seçilib
# 06 dekabr 2016 18:49 (UTC +04:00)

Almaniya kansleri Angela Merkel doqquzuncu dəfə Xristian-Demokratik İttifaqı (XDİ) partiyasının sədri seçilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, XDİ-nin Essendə keçirilən qurultayında nümayəndələrin 89,5 faizi onun namizədliyini dəstəkləyib. Partiyanın sədri postuna başqa heç kim namizədliyini irəli sürməyib.

Qeyd edək ki, 17 ildir XDİ-yə rəhbərlik edən A.Merkel 2017-ci ildə dördüncü dəfə Almaniyanın kansleri postuna namizədliyini irəli sürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR