Çavuşoğlu: "Bu terror aktı təkcə Rusiyaya deyil, Türkiyəyə də qarşıdır" - YENİLƏNİB

Çavuşoğlu: "Bu terror aktı təkcə Rusiyaya deyil, Türkiyəyə də qarşıdır" - <span style="color: red;">YENİLƏNİB
# 19 dekabr 2016 21:26 (UTC +04:00)

"Bütün Türkiyə Ankaradakı Rusiya səfirinin qətlə yetirilməsini qınayır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Moskvda səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O, baş vermiş hadisənin terror aktı olduğunu söyləyib: "Bu terror aktı təkcə Rusiyaya deyil, Türkiyəyə də qarşıdır".

***

00:11

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvaya gəlib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Türkiyənin Moskvadakı səfirliyindən bildirilib.

Qeyd edək ki, sabah, dekabrın 20-də Moskvada Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin Suriya münaqişəsinin həlli ilə bağlı üçtərəfli görüşü planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR