Məhkəmə nazirin sabiq müşavirinə qarşı dələduzluq edən şəxsin vəsatətini təmin edib

Məhkəmə nazirin sabiq müşavirinə qarşı dələduzluq edən şəxsin vəsatətini təmin edib
# 22 dekabr 2016 12:31 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil Adəm Məmmdəov məhkəmə prosesinin açıq keçirilməsi ilə bağlı vəsatət verib.

Məhkəmə vəsatəti təmin edib.

Vəkil Adəm Məmmədov məhkəmə tərkibinə etiraz etdiklərini, bununla bağlı yazılı müraciət hazırlamaq üçün vaxt istədiklərini bildirib.

Məhkəmə bu vəsatəti də təmin edib. Prosesin dekabrın 27-də davam etdirilməsi qərara alınıb.

Qeyd edək ki, R. Əhmədov nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə qarşı dələduzluqda ittiham edilir. İttihama görə o, Ç. Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR