Suya görə qonşusunu öldürən şəxsə 10 illik həbs cəzası verilib

Suya görə qonşusunu öldürən şəxsə 10 illik həbs cəzası verilib
# 13 aprel 2017 10:25 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Fərman Eminovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, F. Eminov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin iyulunda Sabunçu qəsəbəsi Natəvan küçəsi 16 ünvanında 1982-ci il təvəllüdlü Eminov Fərman Kazım oğlu qonşusu, 1980-ci ildə anadan olmuş Əmənov Elməddin Nəbi oğlunu bıçaqlayaraq qətlə yetirib.

Bildirilir ki, qonşular suya görə dava edib. E. Əmənov qonşuluqda yaşayan F. Eminovun həyətinə gedən su borusunu kəsib. Suyun kəsildiyini görən Fərman qonşusu ilə dava edib və münaqişə zəminində onu öldürüb.

Faktla bağlı cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR