Məcburi köçkünlərə qarşı dələduzluq edən qadının apellyasiya məhkəməsi başlayır

Məcburi köçkünlərə qarşı dələduzluq edən qadının apellyasiya məhkəməsi başlayır
# 08 iyul 2017 10:11 (UTC +04:00)

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Gülnarə Muxtarova barəsində olan hökmdən verilən şikayət üzrə məhkəmə başlayır.

APA-nın xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçiriləcək prosesin ilkin baxış iclası iyulun 14-nə təyin edilib.

İttihama görə, ötən ilin martında Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakişi Behbudov, Yaqub Qarayev, Kamal Qasımov və digərlərinə qarşı dələduzluq etmiş Bakı şəhər sakini Gülnarə Muxtarova saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ümumilikdə 30 nəfəri aldadaraq onlardan 139 000 manat alması müəyyən edilib. O, həmin şəxslərə Qaradağ rayonu “Ümid” qəsəbəsində məcburi köçkünlər üçün tikilən binalardan mənzil verəcəyini deyib. Bu yolla, onların adını siyahıya salmaq üçün külli miqdarda pul alaraq, dələduzluq edib.

G. Muxtarova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR