Ucarda avtomobil piyadanı vurub

Ucarda avtomobil piyadanı vurub
# 13 oktyabr 2017 19:01 (UTC +04:00)

Ucarda piyadanın xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

APA-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Ucar rayonun H. Əliyev küçəsi ev 21-də yaşayan, 1949-ci il təvəllüdlü Gülgəz İsgəndər qızı İsgəndərova müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə Şöbəsinə yerləşdirilib. G. İsgəndərovanın sözlərinə görə, yolu keçmək istəyərkən onu, "Mercedes" markalı minik maşını vuraraq hadisə yerindən qaçıb. Həkimlər yaralının vəziyyətinin stabil olduğunu deyirlər.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR