Filippində 5,4 maqnitudalı zəlzələ olub

Filippində 5,4 maqnitudalı zəlzələ olub
# 22 oktyabr 2017 17:43 (UTC +04:00)

Bu gün Filippinin Luson adasında 5,4 maqnitudalı zəlzələ baş verib.

APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Yerli vaxtla saat 22.21 radələrində baş verən zəlzələnin ocağı Putol şəhərindən 2 km cənub-şərqdə, paytaxt Maniladan 50 km cənub-qərbdə, 23 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR