AMOR Moskvada Vladimir Putinə dəstək aksiyası keçirib

AMOR Moskvada Vladimir Putinə dəstək aksiyası keçirib
# 10 mart 2018 14:17 (UTC +04:00)

Moskvada Rusiyanın Azərbaycan Gənclər Birliyinin (AMOR) təşkilatçılığı ilə Rusiya Federasiyasında keçiriləçək prezident seçkilərində Vladimir Putinə dəstək kampaniyası çərçivəsində mini futbol üzrə millətlərarası turnir təşkil olunub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Spartak idman kompleksində keçirilən turnirin açlışında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycan Gənclər Birliyinin idarə heyətinin üzvü Emin Hacıyev, akademik Fazil Qurbanov, Moskva Dövlət Humanitar İqtisad universitetinin rektoru Vaqif Bayramov və diaspor nümayəndələri iştirak ediblər.

Səfir Polad Bülbüloğlu aksiyanın təşkilinə görə AMOR sədri Leyla Əliyevaya təşıkkürünü bildirib. O, idmanın gəncləri birləşdirən vasitə olduğunu söyləyib: “Əminəm ki, Rusiya xalqı, gəncləri doğru seçim edəcək”.

Emin Haciyev Rusiyada yaşayan azərbaycanlı gəncləri 18 martda seçkilərdə iştirak etməyə çağırıb: "AMOR gənclərinin bir namizədi var, o da Vladimir Putindir. Rusiyanın azərbaycanlı gənclər Vladimir Putini dəstəkləyir”.

Akademik Fazil Qurbanov çıxışında Rusiya azərbaycanlılarının Vladimir Putini dəstəklədiyini bildirib.

"Rusiya Xalıqları Vladimir Putini dəstəkləyir", "Rusiya Azərbaycan gəncləri Vladimir Putinlə birlikdə", "Birlik, güc, gələcək!" şüarları altında keçirilən mini futbol üzrə turnirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Gürcüstan, Özbəkistan, Tacikistanla yanaşı, Rusiyanın reqionlarının da iştirak etdiyi turnirdə 12 komanda güclərini sınayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR