Giorgi Kvirikaşvili: “Ölkədə qarşıdurmaya yol verilməyəcək” - YENİLƏNİB

Giorgi Kvirikaşvili: “Ölkədə qarşıdurmaya yol verilməyəcək” - <span style="color: red;">YENİLƏNİB
# 13 may 2018 19:35 (UTC +04:00)

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili son günlər ölkədə baş verən hadisələrə münasibət bildirib.

APA-nın yerli bürosunun məlumatına əsasən, G.Kvirikaşvili keçirdiyi xüsusi brifinqdə deyib ki, hər kəs fikrini ifadə etmək hüququna malikdir, lakin qarşıdurmaya və cəmiyyəti parçalamağa qətiyyən yol verilməməlidir.

Baş nazir hüquq-mühafizə orqanlarının əməkdaşlarını vətəndaşların təhlükəsizliyini maksimum təmin etməyə və mümkün qarşıdurmanın qarşısını almağa çağırıb.

***

20:40

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili son günlər ölkədə baş verən proseslərlə bağlı xüsusi brifinq keçirəcək.

APA-nın yerli bürosu Gürcüstanın hökumət administrasiyasının məlumatına istinadla xəbər verir ki, brifinq bu gün saat 21:00-a təyin olunub.

Tbilisidə parlamentin qarşısında isə “Ağ səs-küy” hərəkatının etiraz aksiyası ilə paralel olaraq cavab aksiyası keçirilir.

Polis mümkün qarşıdurmanın qarşısını almaq məqsədilə kordon qurub. Parlament binası qarşısında nəqliyyatın hərəkəti dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR