Xəzərdə batan şəxsin cəsədi çıxarılıb

Xəzərdə batan şəxsin cəsədi çıxarılıb
# 08 iyul 2018 16:51 (UTC +04:00)

Bu gün Bakı şəhərinin Xəzər rayonunda dənizdə (nəzarətsiz ərazidə) 1 nəfərin (kişi) batması barədə məlumat daxil olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR