Almaniya hərbi texnikası Gürcüstana gətirilib

Almaniya hərbi texnikası Gürcüstana gətirilib
# 28 iyul 2018 11:45 (UTC +04:00)

NATO-nun Gürcüstanda keçiriləcək “Layiqli tərəfdaş 2018” çoxmillətli təlimlərinə qatılacaq Almaniya hərbi texnikası Gürcüstana gətirilib.

APA-nın yerli bürosunun Gürcüstanın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, hərbi texnikaya piyada döyüş maşınları və digər hərbi avadanlıqlar daxildir.

Hərbi texnika ilə yanaşı Almaniya Silahlı Qüvvələrinin hərbçiləri də Gürcüstana gəlib.

Qeyd edək ki, “Layiqli tərəfdaş 2018” hərbi təlimlərinə avqustun 1-də Vaziani hərbi bazasında start veriləcək. Avqustun 15-nə qədər davam edəcək təlimlərdə Azərbaycanla yanaşı 12 ölkənin 3 mindən çox hərbçisi iştirak edəcək. Təlimlərə qatılacaq ABŞ hərbi texnikası və bir qrup hərbçi artıq Gürcüstandadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR